Yağış yağacaq, şimşək çaxacaq - [color=red]HAVA PROQNOZU[/color]
  • SOSİAL

  • 13:40 25 Aprel 2020

Yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU

Ölkə ərazisində aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb. 

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 7-10, gündüz  14-18, Bakıda gecə 7-9, gündüz  15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.  

Aprelin 26-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 4-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR