Yağışlı havaya görə Bakıda bəzi yollarda sürət həddi endirilib
  • SOSİAL

  • 09:18 30 Oktyabr 2021

Yağışlı havaya görə Bakıda bəzi yollarda sürət həddi endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti - Mərdəkan -Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR