Səhiyyə Nazirliyi bu gün Babək prospektində məcburi köçkünlərin yaşadığı binada baş verən yanğında zərərçəkənlərlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, ümumilikdə təcili yardıma 8 nəfər müraciət edib, 2 kişi, 3 qadın və bir uşağa yerində yardım göstərilib: "Yanğın zamanı bir nəfər kişi özünü hündürlükdən atıb. Xəstə 3 saylı şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, diaqnozu bədənin müxtəlif nahiyələrinin əziyidir. Hazırda vəziyyəti orta-ağırdır. Bir nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Ona yardım göstərilib, hazırda vəziyyəti yaxşıdır".