Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam etdiyindən 27.03.2019 tarixində də həmin ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar dəyişilmiş sxem üzrə hərəkət edəcəklər.
ONA-nın Bakı Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.
BNA hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə edir. Hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş olunur.