• SOSİAL

    14:34 16 mart 2019

Yanvarda 4422 nikah, 1428 boşanma qeydə alınıb

Bu ilin yanvar ayı ərzində ölkədə 5432 ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5 təşkil edib.

ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir, Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 4422 nikah və 1428 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3, boşanmaların sayı isə 1,7 olub.

Bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 141 nəfər gələn, Azərbaycandan isə 98 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 43 nəfər təşkil edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR