Yanvarın 10-dan 11-nə keçən gecə 2020-ci ilin ilk Ay tutulması baş verəcək.
N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.