• SOSİAL

    11:07 16 yanvar 2021

Yanvarın 25-dən ticarət obyektləri, bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə veriləcək

Yanvarın 25-dən ticarət obyektləri, bərbərxana və gözəllik salonları açılacaq.

ONA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla); bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) icazə verilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR