• SOSİAL

    13:22 15 may 2019

İcra başçısı: “Sovetski”dən sakinlərin köçürülməsinin növbəti mərhələsi başa çatıb

Azərbaycan Texniki Universitetinin (ATU) tələbə şəhərciyindəki qanunsuz tikililər sökülüb.

ONA-nın məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib.

Ə. Əzizov deyib ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində Texniki Universitetin tələbə şəhərciyinin ərazisində 12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülüb. Eyni zamanda zəbt edilmiş böyük bir ərazidə metal çəpərlər ləğv edilərək ərazi təmizlənib.

Ə. Əzizov “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrasının Yasamal rayon İcra Hakimiyyəti tərəfindən uğurla başa çatdırılmaq üzrə olduğunu da söyləyib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR