“YAŞAT” Fondu daha 27 qazini müalicə üçün Türkiyəyə göndərib
  • SOSİAL

  • 10:50 29 Mart 2021

“YAŞAT” Fondu daha 27 qazini müalicə üçün Türkiyəyə göndərib

Vətən müharibəsində ağır yaralanan daha 27 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan APA-ya verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. 

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 24 qazi müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-ünün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

ONA

Teqlər: