"2019/2020-ci tədris ili üçün 322 adda dərslik və metodik vəsaitin çapı planlaşdırılır".
ONA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva media nümayəndələri üçün keçirilən təlimdə deyib.
O qeyd edib ki, dərsliklər 4 il müddətində çap olunur: "Gələcəkdə çox istifadə olunan kağız dərsliklərin istifadə müddətinin 1 ilə endirilməsi nəzərdə tutulub".
V. Əliyeva onu da vurğulayıb ki, məktəblərdə istifadə edilən dərsliklər özəl nəşriyyatlar tərəfindən hazırlanır.