“Təhsil Nazirliyi tərəfindən yeni, təkmilləşdirilmiş fənn kurikulumları hazırlanıb”.
ONA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat İsa Həbibbəyli deyib.
O qeyd edib ki, bu məsələ yekun müzakirə mərhələsindədir, yeni tədris ilindən tətbiq olunması gözlənilir.