• SOSİAL

    15:26 5 dekabr 2020

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub

2021-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

APA-nın məlumatına görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyri-iş günüdür.

2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR