• SOSİAL

    17:04 6 sentyabr 2023

Yeni tədris ilində azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək

2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək.

ONA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək.

Azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək məktəblər aşağıdakılardır:

Zəngilan rayon Ağalı kand tam orta məktəbi - 11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kand uşaq bağçası - 1 qrup)

Tərtər rayon Talış kand tam orta məktəbi - 7 sinif, 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası - 1 qrup)

Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif, 104 şagird, 15 müəllim

Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şagird, 16 müəllim

Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şagird, 15 müəllim

Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif 349 şagird, 25 müəllim.

Nazir qeyd edib ki, Şuşa şəhər 1 nömrəli məktəbin açılışının tədris ilinin ikinci yarısında olacağı gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR