• SOSİAL

    01:13 31 mart 2019

“Yer saatı” ekoloji aksiyası Sumqayıtda da qeyd olunub - FOTO

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir.

ONA-nın məlumatına görə, aksiya çərçivəsində binaların fasad işıqları yerli vaxtla saat 20:30-dan 21:30-a qədər söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edilir.

Sumqayıtda da bir sıra binaların, o cümlədən “ASAN” Xidmət mərkəzinin fasad işıqları 1 saatlıq söndürülüb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR