Milli Məclisin deputatı Yevda Abramov dəfn olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, o, Qubada Qırmızı Qəsəbə qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.
Y.Abramov 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!