Yevlax rayonunun Ərəbbəsrə kəndinə davamlı canavar hücumları ilə bağlı xüsusi qrup yaradılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi yırtıcı heyvanların kəndə hücumlarının qarşısının alınması məqsədilə müvafiq qərar qəbul edib. Əmrə əsasən, idarə əməkdaşları və peşəkar ovçulardan təşkil olunan nəzarət qrupu bu gündən fəaliyyətə başlayır. Qrup Ərəbbəsrə kəndi və ətrafında canavar hücumları ilə bağlı vəziyyəti araşdıracaq, yırtıcıların ərazidən uzaqlaşdırılması üçün ovçuların köməyi ilə sivil metodlardan istifadə edəcək.
Qrup yerli əhalinin praflaktik yöntəmlə maarifləndirilməsi ilə məşğul olacaq.