• SOSİAL

    13:56 17 may 2019

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib

Nəqliyyat vasitələrinin hərəkəti tarixi və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda, yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə qeyd edilib ki, sənət abidələrinin xaricə müvəqqəti aparılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun həyata keçirilir.

Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR