Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, sürücülər paytaxtda dumanlı hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.
V. Əsədov bildirib ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır: "Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə edirik. Yaxşı olar ki, sürücülər ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər".