• SOSİAL

    19:30 16 aprel 2019

Yol polisləri məktəblilərlə görüşüb

Binəqədi Rayon Polis İdarəsi DYP şöbəsinin təşkilatçılığı ilə 246 nömrəli orta məktəbdə keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tədbirdə məktəb kollektivi, şagirdlər və valideynlər də iştirak ediblər.

Məktəbin direktoru Almaz Bayramova bildirib ki, yol hərəkəti qaydalarının təbliği uşaqların bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərir.

Daha sonra çıxış edən DYP şöbəsinin əməkdaşları “Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı polisin üzərinə düşən vəzifələr barədə məlumat veriblər. Qeyd edilib ki, məktəblilər arasında maarifləndirmə işlərinin aparılmasında əsas məqsəd onların həyatını qorumaq və uşaqların qəzalardan zərər çəkməsini minimuma endirməkdən ibarətdir.

Tədbir zamanı şagirdlərə yol nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlardan bəhs edən video-çarxlar nümayiş etdirilib. Görüntülər əsasında şagirdlərlə yol polisləri arasında maraqlı müzakirə təşkil edilib.

Tədbirin sonunda fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

Qeyd olunub ki, son bir neçə ayda 5 orta məktəbdə bu cür maarifləndirici tədbir keçirilib. Təhsil ilinin sonuna qədər belə görüşlər digər məktəblərdə də keçiriləcək.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR