• SOSİAL

    15:36 18 mart 2019

Yüksək dağlıq ərazilərdə aparılmış qarölçmə işləri başa çatıb

"Respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılmış qarölçmə işləri başa çatıb".

ONA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov deyib.

O bildirib ki, hər il, mart ayında, yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır: "Qarölçmə işləri 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılıb. Ölçü işləri 6-17 mart tarixlərində həyata keçirilib".

Qarölçmə ekpedisiya qrupunun rəhbəri Asif Verdiyevin sözlərinə görə, qarölçmə marşrutları Böyük və Kiçik Qafqazda 580–2920 və 1000-3000 metr yüksəklikləri əhatə edib: "Hazırda bütün marşurutlar üzrə hesablama işləri aparılır. Hesablama işləri başa çatdıqdan sonra qar ehtiyatları və gursululuq dövründə fəsillik hava proqnozu haqqında məlumatlara əsaslanaraq gursululuq dövründə iri su anbarlarına Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilərək müvafiq qurumlara təqdim olunacaq. Qeyd edim ki, ötən illə müqayisədə Daşkəsən və Göygöldə qar ehtiyatları çoxdur".

Qar ölçmə ekpedisiya qrupunun üzvü qeyd edib ki, Ramil Qədirov qeyd edib ki, ölçü işləri Böyük Qafqazın Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar rayonlarının ərazisindən axan çayların və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy-Göygöl rayonlarının ərazisindən axan çayların hövzələrində aparılıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR