““Diqlas” Ticarət Mərkəzinin rəhbərliyi bizə köməkliyin alternativ variantlarını deyib”.
Bunu ONA-ya açıqlamasında Prezident İlham Əliyevin “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı operativ müşavirə keçirməsi və sahibkarlara maliyyə yardımı ayrılması barədə tapşırığına münasibət bildirən zərərçəkmiş sahibkar Rahim Baxışov deyib.
R.Baxışov Prezident İlham Əliyevə "Diqlas”da yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalamasına görə təşəkkür edib: “Allah onun timsalında bizim zəhmətimizi çəkənlərin hamısının köməyi olsun. Cənab Prezidentin əmrini heç kim geri qaytara bilməz. Sərəncam imzalanıbsa, 100 faiz qüvvədədir. Biz ona ümid edirik və inanırıq. Bizim istəyimiz odur ki, dəymiş zərəri maddi cəhətdən ödəsinlər. Hamımız kasıbıq, malları nisyə götürmüşük, banklara borclarımız var. Tək mən belə deyiləm. Bir mağazadan 3 ailə dolanır. Məsələn, 100 sahibkarın 3 nəfər işçisi 300 adam edir. Sağ olsun, cənab Prezident dərhal reaksiya verdi”.
Digər zərərçəkmiş sahibkar Rahil Hüseynov da ölkə başçısına təşəkkür edib: “Sağ olsun cənab Prezident, səsimizə səs verdi. Biz ailəliklə ölkə başçısı dəstəkləyirik. Bəzi qüvvələr var, deyir ki, prezidentə tərəf qalxın. Biz isə onu istəmirdik. Bizim hamımız Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyük".
Zərərçəkmiş sahibkar Təbriz Muradov da Prezident İlham Əliyevə təşəkkür edib: ”Diqlas” Ticarət Mərkəzində və "polka"larda işləyənlər kirayədə qalan insanlardır. Bankdan pul götürüb, borc-xərc edib mal gətirirlər ki, 5 manat çörəkpulu qazansınlar. Dövlət başçımız çox sağ olsun ki, bu camaata köməklik edib".