Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq
  • SOSİAL

  • 10:49 31 May 2019

Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq

Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə 31 may və 1 iyun tarixlərində axşam saat 23:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Böyük Şor yol qovşağına kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Aytən Yusifova

Teqlər: AAYDA yol bütün xəbərlər