• TURİZM

    17:19 16 aprel 2019

Son 3 ayda Azərbaycana 165 ölkədən 610 441 turist gəlib

2019-cu ilin mart ayında Azərbaycana 246 388 əcnəbi turist gəlib.

Dövlət Turizm Agentliyindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, ən çox turist Rusiya, Gürcüstan, İran və Türkiyədən daxil olub: "Rusiyadan 66 393, Gürcüstandan 62 270, İrandan 35 181, Türkiyədən 24 977 turist gəlib. Bundan başqa BƏƏ-dən 8 086, Ukraynadan 4 508, Hindistandan 4 269, Səduiyyə Ərəbistanından 3 136, İraqdan 3 101, İsraildən 2 072, Birləşmiş Krallıqdan 2 088, Qətərdən 647, Şri-Lankadan 184, Komor adalarından 221, Çindən 1 317, Suriyadan 166, Mərakeşdən 119, Fələstindən 56, Somalidən 21, Monteneqrodan 26, ABŞ-dan 1 387, Cənubi Afrikadan 82, Sudandan 73 turist ölkəni ziyarət edib.

Cibuti, Fici, Beliz, Kambociya, Zambiya, Mərkəzi Afrika Respublikası, San-Marino, Qambiyo, Çad, Barbados, Boliviya, Toqo, Qabon, Fil Dişi Sahilləri kimi ölkələrdən Azərbaycana mart ayında cəmi bir turist daxil olub.

Azərbaycana Baham adaları, Ermənistan, Lixtenştayn, Uruquvay, Mozambik, Şimalı Koreya, Vatikan, Niger, Yuqoslaviya, Salvador, Monako kimi ölkələrdən isə turist gəlməyib.

13 nəfərin hansı ölkədən gəldiyi isə naməlum qalıb".

Qeyd edək ki, 2019-cu ilin ilk rübündə ümumilikdə ölkəyə 610 441 əcnəbi turist gəlib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR