• TURİZM

    17:13 28 fevral 2019

Agentlik: Türkiyə, İran və Yaxın Şərqdən Azərbaycana gələnlərin sayı azalıb

2019-cu ilin yanvar ayında bəzi ölkələrdən gələn xarici vətəndaşların sayında azalma mövcuddur.

ONA-nın Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, bu hal əsasən Türkiyə və İrandan gələnlər üçün xarakterikdir.

Bildirilir ki, Türkiyədən gələnlərin sayı 21,5 min nəfər təşkil edib və bununla da 11,5% azalma baş verib.

İrandan gələn səyahətçilərin sayında 2018-ci ildən başlayaraq müşahidə olunan azalma 2019-cu ilin yanvar ayı üçün də davam etməkdədir. 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvarında bu ölkədən 23% və ya 3 min nəfər az qonaq gəlib.

Yaxın Şərq ölkələrindən gələnlərin sayında da 1,5 min nəfər və ya 7% azalma müşahidə olunub. Azərbaycan turizminin ən vacib bazarlarından olan Rusiyadan gələnlərin sayı isə demək olar ki, dəyişməyib. Rusiyadan Azərbaycana 56,3 min nəfər səyahət edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR