• TURİZM

    11:38 3 aprel 2019

Azərbaycan daha dörd ölkədə turizm nümayəndəlikləri açacaq

"Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 360 mindən çox əcnəbi gəlib". ONA-nın məlumatına görə bunu Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan 4 ölkədə xarici turizm nümayəndəliyini açacaq: "Nümayəndəliklər Cənubi Koreya, Böyük Britaniya və daha iki ölkənin şəhərlərində açılacaq". Bununla da Azərbaycanın xarici turizm nümayəndəliklərinin sayı 10-a çatdırılacaq.

K. Quluzadə onu da bildirib ki, Azərbaycan Dövlət Turizm Agentliyi ölkənin turizm potensialını təbliğ etmək məqsədilə 20-ə yaxın sərgidə təmsil olunmaq niyyətindədir.

Agentliyin rəsmisi əlavə edib ki, Cənubi Asiyadan Azərbaycana gələnlərin sayında 70% artım müşahidə edilib.

Xatırladaq ki, 2018-ci ilin dekabrından Frankfurt, Dubay, Ər-Riyad, Pekin, Mumbay və Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR