• TURİZM

    14:55 1 aprel 2019

Azərbaycana gələn əcnəbilərin sayı 3%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Departament rəhbəri qeyd edib ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 173,6 mln. manat təşkil edib.

"Cari ilin fevral ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 85,3 mln. manat olub", - deyə Ramin Hüseyn qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR