• TURİZM

    15:47 22 fevral 2019

Hindistandan Azərbaycana nə qədər turist gəlib?

Azərbaycana səfər edən hindistanlı turistlərin sayı 2018-ci ildə 175% artıb.

Dövlət Turizm Agentliyindən ONA-ya verilən məlumata görə, keçən il Azərbaycana səfər edən hindistanlı turistlərin sayı 40 min nəfərə çatıb.

Hindistanlı turistlərin sayının artmasının səbəblərindən biri Azərbaycana səfər etməyin asan olmasıdır. Hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər.

Azərbaycana hazırda əsasən Körfəz ölkələri üzərindən uçuşlar həyata keçirilsə də, gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR