• TURİZM

    16:33 5 mart 2019

Azərbaycan “İTB Berlin 2019” beynəlxalq sərgisinə qatılacaq

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 6-10 martda Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2019” beynəlxalq sərgisində iştirak edəcək.

Agentlikdən ONA-ya verilən məlumata görə, sərgidə iştirak etməkdə məqsəd ölkənin turizm potensialını təbliğat etməkdir.

Azərbaycanı sərgidə müxtəlif turizm şirkətləri və hotellərin nümayəndələri təmsil edəcək. Ölkənin sərgidə yerləşdiriləcək stendi yeni turizm brendinin əsas şüarı olan “Bir daha bax” (Take another look) konsepsiyasına müvafiq olaraq dizayn edilib.

Qeyd edək ki, 53 ildir təşkil olunan sərgidə Azərbaycan 2003-cü ildən iştirak edir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR