• TURİZM

    13:49 20 fevral 2019

Böyük Britaniyadan Azərbaycana gələnlərin sayı açıqlanıb

Fevralın 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA-nın Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycanla Böyük Britaniya arasında turizm sahəsində əməkdaşlığın önəmi qeyd olunub, iki ölkə arasında təcrübə mübadiləsi, turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə tarixi abidələrin turizmə qazandırılması, qorunması və konservasiyasının turizmin inkişafındakı rolu mövzusunda fikir mübadiləsi aparılıb.

F.Nağıyev Azərbaycanın yeni milli turizm brendinin beynəlxalq təqdimatının ilk dəfə Londonda keçirilən 2018-ci ilin noyabrında Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2018”) təqdim olunduğunu diqqətə çatdırıb.

Görüş zamanı o da qeyd olunub ki, 2018-ci ildə Böyük Britaniyadan Azərbaycana gələn səyahətçilərin sayı 29 399 nəfər olub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR