• TURİZM

    16:27 27 may 2019

Bu il Azərbaycanı 848 min xarici vətəndaş ziyarət edib

2019-cu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 min nəfərə çatıb.

Dövlət Turizm Agentliyindən ONA-ya verilən məlumata görə, ən böyük artım 22% olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.

BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3%) və İsraildən (70.1%) gələn qonaqların sayının artması ilə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da 12% artım baş verib.

Cənubi Asiyadan Hindistan, Orta Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4%) və Orta Asiyadan (44.2%) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır.

Türkiyədən gələn səyahətçilər üçün 10% artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib.

Yekun olaraq, 2019-cu ilin ilk dörd ayının nəticələrinə görə, Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumən 848 min xarici vətəndaş ziyarət edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR