Ötən il Azərbaycana 800 min rusiyalı turist gəlib
  • TURİZM

  • 13:06 10 İyun 2019

Ötən il Azərbaycana 800 min rusiyalı turist gəlib

"Ötən il Azərbaycana 800 min rusiyalı turist səfər edib".

APA-nın xəbərinə görə, bunu Rusiyanın  Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. Səfir bildirib ki, Azərbaycan rusiyalı turistlər üçün cəlbedici istiqamətə çevrilib. Səfirin sözlərinə görə, Rusiyada Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılıb.

M. Boçarnikov həmçinin əlavə edib ki, Azərbaycan və Rusiya arasında uçuşlar həyata keçirən aviaşirkətlərin sayının artırılmasına dair danışıqlar davam edir.

Məhbubə

Teqlər:

OXŞAR XƏBƏRLƏR