Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Permdən Bakıya təyyarə reyslərini həyata keçirməkdən imtina edib.
ONA-nın “ura.ru” saytına istinadən verdiyi məlumata görə, aviaşirkət Bakı ilə bərabər Permdən Tacikistanın Düşənbə və Xucand şəhərlərinə də uçuşları dayandırıb.
“Ural Hava Yolları”-nın Bakı və Düşənbəyə həftədə 2, Xucanda isə 7 reys həyata keçirməyə icazəsi olub. “Ural Hava Yolları”-ndan bildirilib ki, aivşirkət marşrut şəbəkəsini təkmilləşdirmək çərçivəsində belə bir addım atıb, bu, şirkətin ümumi fəaliyyətinə və xidmətlərinin keyfiyyətinə təsir etmir.