• TURİZM

    16:01 11 aprel 2019

Aprelin 18-də Azərbaycan qoruqlarına giriş pulsuz olacaq

Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “açıq qapı” günü keçiriləcək.

ONA Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm də xarici turistlər üçün 18 aprel 2019-cu il tarixində saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR