• TURİZM

    13:40 22 fevral 2019

Region hotellərində xidmət keyfiyyəti artırılacaq

Region hotelləri ilə Azərbaycan Hotel Assosiasiyasının əlaqələrinin intensivləşdirilməsi mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək.

ONA-nın Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Hotel Assosiasiyasının regionlara səfəri çərçivəsində Quba, Qusar, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən hotellərin nümayəndələri ilə Qubada baş tutan görüş zamanı bildirilib.

Tədbirdə Azərbaycan Hotel Assosiasiyası tərəfindən region hotelləri ilə davamlı əməkdaşlıq əlaqələrinin qurulması, regionlarda xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində birgə həyata keçirilə biləcək tədbirlər haqqında təqdimat keçirilib.

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması üçün yaradılan yeni qurumları - Destinasiya Menecmenti Təşkilatlarının (DMT) Qubada yerləşən bölməsi təqdim olunub.

Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotelləri Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq.

Azərbaycan Hotel Assosiasiyası 20-24 fevralda regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, Gəncə və Lənkəranda ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Fərid

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR