Baş Prokurorluq və DİN mina təhlükəsi ilə bağlı vətəndaşlara növbəti dəfə xəbərdarlıq edib
  • DAĞLIQ QARABAĞ

  • 13:01 14 Dekabr 2020

Baş Prokurorluq və DİN mina təhlükəsi ilə bağlı vətəndaşlara növbəti dəfə xəbərdarlıq edib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyini vətəndaşlara müraciət edib.

ONA xəbər verir ki, müraciətdə əhalidən işğaldan azad olunan ərazilərin minadan və digər partlayıcı maddələrdən təmizlənilməsi başa çatmayana qədər təhlükəsizliyin təmin edilməsi məqsədilə ilə daxil olmamaq xahiş edilir.

Qeyd edək ki, 2020-ci il dekabrın 13-də saat 17.00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri - 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüb. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Daha öncə də azad edilmiş torpaqlarımızda xidmət aparan və ya əraziyə gedən mülki vətəndaşlardan minaya düşərək həlak olan və ya yaralananlar olub.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR