Ərdoğan: “Prezident İlham Əliyev Makronun planlarını alt-üst etdi” - [color=red]YENİLƏNİB[/color]
  • DAĞLIQ QARABAĞ

  • 14:29 11 Dekabr 2020

Ərdoğan: “Prezident İlham Əliyev Makronun planlarını alt-üst etdi” - YENİLƏNİB

“Çox açıq və dəqiq danışacağam. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti Emmanuel Makronun bu prosesə təəssüf ki, hər hansı bir köməyi dəymədi”.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin Fransa parlamentinin qondarma “DQR”-in tanınmasına dair qəbul etdiyi qətnamə ilə bağlı sualına cavabında deyib.

Diqqət yetirirəm, Makron siyasi həyatında hər yerdən nəsə əldə etməyə cəhd göstərir. Livanda hər tərəf yanıb dağılıb, Makron Livana təlimatlar verir. Yəni, həmişə vəziyyətdən faydalanmağa çalışır. Nə oldu? Xalq Livandan onu qovdu. Eyni şeyi Xəlifə Həftarın yanında yer almaqla Liviyada etdi. BMT Həftarı tanımır, amma sən onun yanındasan! Sən demokratiya tərəfdarısan, ya çevrilişləri dəstəkləyirsən? Sən Sərracın yanında olmalısan. Hər şey meydana çıxdı, açıqlandı, amma o, buna baxmayaraq, müxtəlif ölkələrlə əlaqə yaradaraq bizə böhtan atmağa cəhd göstərdi və heç nə əldə edə bilmədi. Bax Makronun xasiyyəti belədir. Dolayısı ilə Azərbaycanla da bağlı planları baş tutmadı. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyev davranışı ilə Makronun planlarını alt-üst etdi. Bunun zərəri kimə olacaq? Təbii ki, Fransaya olacaq. Niyə? Fransa bu günə qədər atdığı addımlarla bağlı, məsələn, müxtəlif anlaşmalar və s. xaricində bəlkə Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, siyasi naşılıqdır. Makron da naşı siyasətçidir”.

 

***

13.50

 

Azərbaycan Prezidenti İlham Əliyev öz davranışı ilə Fransa Prezidenti Emmanuel Makronun planlarını alt-üst etdi.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Makron bəlkə də Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, siyasi naşılıqdır”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR