Ermənilərin atdığı raketlərdən biri Mingəçevir istilik elektrik stansiyasının qarşısına düşüb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 00:35 05 Oktyabr 2020

Ermənilərin atdığı raketlərdən biri Mingəçevir istilik elektrik stansiyasının qarşısına düşüb - FOTO - VİDEO

Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.

APA-nın məlumatına görə, atılan raketlərdən biri İES-in qarşısına düşüb.Lakin raket partlamayıb. 

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunublar. 

Qeyd edək ki, hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb.

ANAMA-nın ərazidə olan əməkdaşı Musa Məmmədov bildirib ki, raket “SMERÇ” qurğusundan atılıb. Raketin 2 metrədək hissəsi torpağın üst hissəsində qalıb, 5 metri isə torpağın altındadır". 

Onun sözlərinə görə, raket xüsusi texnika cəlb edilməklə qazılıb, döyüş başlığı araşdırılacaq. 

ANAMA əməkdaşı bildirib ki, raketin mexanizmi tam işləməyib. Partlayış baş versəydi, enerji blokları ziyan görə bilərdi.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR