Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqları nümayiş etdirilir
  • DAĞLIQ QARABAĞ

  • 10:15 02 Aprel 2021

Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqları nümayiş etdirilir

Bu gün Bakıda Vətən Müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqları nümayiş etdirilir. 

APA-nın məlumatına görə, "İsgəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahın rəisi İdris İsmayılov bildirib ki, bu günədək Şuşada 100-dən artıq partlamamış hərbi sursat aşkar olunub: "15 martda əməkdaşlar tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir birindən 780 metr məsafədə iki ədəd partlamış raketin qalıqları aşkar edilib. Raketlərə baxış zamanı üzərində olan 9M723 koduna görə bunun “İsgəndər” raketi olduğu müəyyən olunub. Raketin ümumi uzunluğu 7.2 metr, diametri isə 920 mm-dir. Raket tam olaraq partlamış haldadır və iki hissədən ibarətdir. Həmin ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir”. 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR