Ermənistanın cinayətlərini qiymətləndirmək üçün “Human Right Watch” və “Amnesty İnternational”a dəvət göndərilib
  • DAĞLIQ QARABAĞ

  • 15:40 29 Oktyabr 2020

Ermənistanın cinayətlərini qiymətləndirmək üçün “Human Right Watch” və “Amnesty İnternational”a dəvət göndərilib

“Bütün cinayət əməlləri aidiyyəti üzrə sənədləşdirilir. Həmçinin Azərbaycan Respublikası tərəfindən “Human Right Watch” və “Amnesty İnternational” kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub ki, onlar da bu faktları əsaslı şəkildə qiymətləndirsinlər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyevin sözlərinə görə, məqsəd odur ki, bu faktlar beynəlxalq ictimaiyyətə layiqincə təqdim edilsin.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR