• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:17 31 may 2019

Fərəc Quliyev: “Ermənilərin işğal olunmuş ərazilərdə fəaliyyətinin qarşısını almaq üçün mobil qüvvələr yaradılmalıdır"

“Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində müəssisələr, obyektlər tikirlər. Bunun qarşısının alınması yolları var”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı deputat Fərəc Quliyev bildirib.

F.Quliyev deyib ki, Azərbaycanın güclü ordusu olsa da, hər məsələni ordu ilə həll etmək mümkün deyil: “Ermənilərin işğal olunmuş ərazilərdə müəssisələr, obyektlər yaratması və həmin obyektlərin fəaliyyətinin qarşısını almaq üçün mobil qüvvələr yaradılmalıdır. Bu mobil qüvvələr könüllü, ərazini tanıyan məcburi köçkünlərdən ibarət olmalıdır. Belə mobil qüvvələrin yaradılması üçün vəsait ayrılmalıdır. Biz ermənilərin bu təxribatana hansısa formada son qoymalıyıq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR