Mövlud Çavuşoğlu: "Beynəlxalq ictimaiyyət  Ermənistan-Azərbaycan münaqişəsinə göz yumur"
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:10 15 May 2019

Mövlud Çavuşoğlu: "Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan münaqişəsinə göz yumur"

“Beynəlxalq ictimaiyyət öz mənafeyini üstün tutaraq dünyadakı bir sıra problemlərə göz yumur”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tələbələrlə görüşü zamanı deyib.

O, bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini, Krım, Abxaziya, Cənubi Osetiya kimi münaqişələri sadalayıb.

“Bunların hamısını həll etmək üçün səy göstərməliyik”,- deyə Türkiyə XİN əlavə edib.  

Məlahət Nəcəfova

Teqlər: Çavuşoğlu münaqişə bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR