Rusiya MN: “Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndə raket kompleksi tətbiq olunmayıb”
  • DAĞLIQ QARABAĞ

  • 20:30 25 Fevral 2021

Rusiya MN: “Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndə raket kompleksi tətbiq olunmayıb”

““İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb”. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir “İsgəndə raket kompleksi tətbiq olunmayıb”, deyə vurğulanıb. 

Rusiya MN-dən bildirib ki, raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR