Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
  • DAĞLIQ QARABAĞ

  • 00:33 25 Yanvar 2020

Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib

 

 

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ATƏTin Minsk Qrupu həmsədrlərini - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa ) və Endryu Şoferi (ABŞ) qəbul edib. 

Rusiya XİN-dən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

Məsləhətləşmələr  zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual problemləri, eləcə də Rusiya, ABŞ və Fransanın münaqişənin nizamlanmasında vasitəçilik səylərinin koordinasiyası müzakirə olunub.

Fərid Əkbərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR