Türkiyə televiziyaları Rusiyanın Ermənistanı müharibəyə hazırlamasına dair reportaj yayımlayıb - [color=red]VİDEO[/color]
  • DAĞLIQ QARABAĞ

  • 08:24 30 Avqust 2020

Türkiyə televiziyaları Rusiyanın Ermənistanı müharibəyə hazırlamasına dair reportaj yayımlayıb - VİDEO

“Azərbaycan-Türkiyə münasibətlərinin daha sıx olmasından rahatsız olan Rusiya Ermənistanı müharibəyə hazırlayır”. 

APA xəbər verir ki, bu fikirlər Türkiyənin “Haber Global” və “TRT WORLD” telekanallarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda yayımladığı reportajda səsləndirilib. 

Reportajda Rusiyanın Ermənistana son 25 gün ərzində 500 tondan çox silah göndərildiyi, Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə atəşkəsi pozması və bu fonda Rusiya Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri, ölkəsinin Ermənistana silah satması barədə iddiaları qəbul etməməsindən söz açılır. 

Şoyqunun Rusiyadan Ermənistana “İl-76” təyyarələri vasitəsilə yalnız inşaat materialları daşındığını deməsi türkiyəli müxbirdə şübhələr doğurur. 

Digər reportajda isə erməni hərbçilərinin mütəmadi olaraq Azərbaycan kəndlərini aramsız atəşə tutması, dinc əhalinin qorxu, səksəkə içərisində yaşaması və s. əks olunur. 

Hər iki süjeti təqdim edirik:

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR