“Ermənistan yenə həddini aşıb. Bu dəfə cavablarını döyüş meydanında almaqdadırlar. Can Azərbaycan ilə döyüş meydanında və danışıqlar masasında birlikdəyik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Cavuşoğlu "Twitter"də bildirib.
M. Cavuşoğlu qeyd edib ki, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqlar davam edir.