XİN: Ermənistanın BMT çərçivəsində növbəti təxribatına cavab BMT Baş katibinə etiraz məktubu ünvanlanıb
  • DAĞLIQ QARABAĞ

  • 16:34 22 Avqust 2019

XİN: Ermənistanın BMT çərçivəsində növbəti təxribatına cavab BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması ilə bağlı məlumata münasibət bildirib.

ONA-nın məlumatına görə, I. Abdullayeva qeyd edib ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb.

"Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir.

Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq", - deyə L. Abdullayeva vurğulayıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR