Abşeron rayonunda ölüm hadisəsi baş verib.
Bu barədə ONA-ya şair Salam Sarvan məlumat verib.
Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü bacısı oğlu Mikayıl Mehman oğlu Qəmbərov öldürülüb.
Hadisənin təfərrüatından hələlik xəbərsiz olduğunu deyən Salam Sarvan hazırda morqun qarşısında olduğunu bildirib.
Qeyd edək ki, Mikayıl Qəmbərovun intihar etdiyi barədə mayın 4-də məlumat yayılıb. S.Sarvan isə bacısı oğlunun öldürüldüyünü iddia edir.