Azərbaycan nefti bahalaşıb
  • İQTİSADİYYAT

  • 11:44 30 May 2020

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,3 ABŞ dolları və ya 3,63% artaraq 37,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 4,72% artaraq 1 barelə görə 37,73 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,84% artaraq 35,34 dollar təşkil edib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR