• İDMAN

    13:25 6 may 2019

2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

ONA-nın məlumatına görə, cədvəldə ilin ilk dörd ayında keçirilən beynəlxalq oyunlarda ən çox qol vuranlar yer alıb.

Siyahıya milli komandada və qitə kuboklarında ümumilikdə beş və daha çox qola imza atan 29 futbolçu daxil edilib. Cədvələ Yeni Zelandiya millisinin və “Vellinqton” klubunun futbolçusu Ross Allen başçılıq edir. O, klubda vurduğu 11 qolla hamıdan öndə qərarlaşıb. İlk “üçlük”də 10 dəfə fərqlənən Ali Almoez (Qətər, “Əl-Duhayl”) və hesabında 8 qol olan Fahad Al-Muvallad (Səudiyyə Ərəbistanı, “Əl-İttihad”) da yer alıb.

Avropa təmsilçiləri arasında ən yaxşı nəticə Rəhim Sterlinqə məxsusdur. İngiltərə yığmasında da, “Mançester Siti”də də eyni sayda – 4 qol vuran oyunçu dördüncü pillədə qərarlaşıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR