AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
ONA-nın məlumatına görə, tədbir “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutub.
Topaz Premyer Liqasında komandaların sayının dəyişdirilməməsi və Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyi üçün “Keşlə”nin yüksək dəstədə qalmasına qərar verən komitə üzvləri daha iki məsələyə baxıblar. Xarici klublarda çıxış edən, baxışa yollanan və ya müqavilə imzalamaq ehtimalı yüksək olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi qərara alınıb.
Milli komandalara dəvət alan və ya potensial namizəd sayılan belə oyunçuların səfər xərci AFFA tərəfindən ödəniləcək. AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020/21 mövsümündə Topaz Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulub.